"Qarabağ" almaniyalı vingerlə gücləndi
Transfer çalışmalarını davam etdirən "Qarabağ" növbəti futbolçu keçidini gerçəkləşdirib.
Operativ Media xəbər verir ki, almaniyalı vinger Reda Xadranın transferi ilə bağlı Fransanın “Reyms” klubu ilə danışıqlar uğurla yekunlaşıb.
Futbolçu ilə 2+1 illik müqavilə imzalanıb. O, 10 nömrəli formanı geyinəcək.
25 yaşlı hücumameylli yarımmüdafiəçi Dortmund “Borussiya”sının yetirməsidir. 2021-ci ildə bu klubdan “Brayton”a keçən Reda “Birminhem”, “Seffild Yunayted” və “Blekbern”də də forma geyinib. “Reyms”ə 2023-cü ildə keçən futbolçu “Havr”da da çıxış edib. Xadra Almaniyanın U-18 və U-21 milli komandalarının şərəfini qoruyub.
Qeyd edək ki, o, yay transfer pəncərəsində Ağdam təmsilçisinin 9-cu transferidir. Daha əvvəl Jali Muaddib, Zakaria Savo, Samuel Lobato, Bruno Lanqa, Martin Zlomisliç, Renaldo Sefas, Bense Varkonyi və Cebrail Makreçkis “Qarabağ”a qoşulub.
dəqiqələr içində saytın olsun.