Çempionlar Liqası: "Sabah" "Barselona"nı Bakıya gətirir - rəqiblər bilindi
Operativ Media
Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsinin püşkatma mərasimi keçirilib.
Operativ Media xəbər verir ki, Monakoda keçiriləcək tədbir Bakı vaxtı ilə saat 20:00-da başlanıb.
Püşkatma mərasimində Azərbaycanı yarışda təmsil edəcək "Sabah"ın da 8 rəqibi müəyyənləşib. Bakı təmsilçisi oyunlardan 4-nü evdə, 4-nü səfərdə keçirəcək. Mərasimdə "Sabah" klub rəhbərliyi səviyyəsində təmsil olunub.
Püşkatmada 36 komanda 4 səbətə bölünüb. "Sabah" reytinqi daha az olan komandaların yer aldığı 4-cü səbətdə olub.
Rəqiblər :
"Barselona" (Bakıda)
"Arsenal" (səfərdə)
"Borussiya Dortmund" (Bakıda)
"Mançester Yunayted" (səfərdə)
"Vilyareal" (səfərdə)
"Napoli" (Bakıda)
"Slavia Praqa" (Bakıda)
"Vikinq" (səfərdə)
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net