Turizm kəndləri üçün yeni seçim meyarları müəyyənləşib - VİDEO
Azərbaycanda turizm kəndi statusu almaq istəyən yaşayış məntəqələri üçün yeni seçim meyarları hazırlanıb və bu ərazilərdə turizm infrastrukturunun inkişafı nəzərdə tutulur.
Operativ Media "ATV Xəbər"ə istinadən xəbər verir ki, əsas meyarlar sırasında nəqliyyat əlçatanlığı, infrastruktur, yerli icmanın iştirakı, mədəni irsin qorunması və ekoloji tələblər yer alır.
Hazırda layihəyə 8 kənd daxildir. Qusarın Laza, Qubanın Qrız, Qəbələnin Duruca və Qaxın İlisu kəndləri də layihədə yer alan yaşayış məntəqələrindəndir.
Layihənin əsas məqsədi kəndlərdə dayanıqlı turizm imkanları yaratmaq, yerli əhalini turizm fəaliyyətlərinə cəlb etmək, gəlirləri və məşğulluğu artırmaqdır.
Bundan əlavə, əsas turizm məntəqələrinə avtomobil, avtobus və dəmir yolu ilə nəqliyyat əlçatanlığının yaxşılaşdırılması planlaşdırılır. Quba-Qusar, İsmayıllı-Qəbələ və Kəlbəcər istiqamətlərində investisiya imkanlarının genişləndirilməsi də nəzərdə tutulur.
Qeyd edək ki, layihələr Azərbaycanda turizmin inkişafına dair 2026-2030-cu illər üçün dövlət proqramında əksini tapıb. Proqram çərçivəsində turizm potensialı olan kəndlərdə və tarixi-mədəni ərazilərdə müxtəlif turizm məhsullarının yaradılması planlaşdırılır.
Ətraflı videoda:
dəqiqələr içində saytın olsun.