Menyu

"Çelsi" "Atalanta"nın müdafiəçisi Ahanorla müqavilə imzalayıb

Operativ Media
"Çelsi" "Atalanta"nın müdafiəçisi Ahanorla müqavilə imzalayıb
1 dəq oxu

İngiltərənin "Çelsi" klubu "Atalanta"nın heyətində çıxış edən müdafiəçi Honest Ahanorun transferi ilə bağlı razılıq əldə edib və bu barədə rəsmi açıqlama yayıb.

​Operativ Media xəbər verir ki, London təmsilçisi ilə 18 yaşlı futbolçu arasındakı müqaviləyə əsasən, oyunçu rəsmi olaraq 2027-ci ildə komandanın düşərgəsinə qoşulacaq.

​Bergamo təmsilçisinə ötən ilin iyul ayında "Cenoa"dan qoşulan gənc arxa xətt oyunçusu ötən mövsüm ərzində ümumilikdə 35 qarşılaşmada iştirak edib. 

​Tanınmış insayder Fabritsio Romano tərəfindən yayılan məlumata görə, sözügedən transfer məbləği 46,7 milyon avro təşkil edib. Anlaşmaya əsasən, Ahanor "Atalanta"dan ayrıldıqdan sonra "Kristal Pelas" klubuna icarə əsasında keçəcək.

Əlaqəli Xəbərlər