Hakan Fidan pakistanlı həmkarı ilə Məkkə sazişini müzakirə edib
Operativ Media
Pakistanın xarici işlər naziri Məhəmməd İshaq Dar türkiyəli həmkarı Hakan Fidanla telefon danışığı aparıb və birgə müdafiə haqqında Məkkə sazişini müzakirə ediblər.
Operativ Media xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyi (XİN) "X" sosial şəbəkə hesabında məlumat yayıb.
"Məkkə Müdafiə Alyansının əməkdaşlığını daha da inkişaf etdirmək yolları müzakirə edilib", - məlumatda bildirilib.
Söhbət zamanı regional və beynəlxalq proseslər ətrafında da fikir mübadiləsi aparılıb.
Pakistan və Türkiyənin XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri, çoxtərəfli platformalarda əməkdaşlığı daha da gücləndirmək imkanlarını müzakirə edib və sıx təmasda qalmaq barədə razılığa gəliblər.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net