Menyu

Zelenski: Tramp administrasiyası deeskalasiya üçün Putinə təzyiq göstərə bilər

Operativ Media
Zelenski: Tramp administrasiyası deeskalasiya üçün Putinə təzyiq göstərə bilər

ABŞ Ukrayna və Rusiyanın qış aylarında müharibənin deeskalasiyası istiqamətində addımlar atmasının mümkünlüyünü araşdırır.

Operativ Media xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Axios”a müsahibəsində bildirib.

Zelenskinin fikrincə, qışa qədər qalan həftələr diplomatiya üçün imkan yaradır. Ukrayna Prezidenti hesab edir ki, Rusiya Prezidenti Vladimir Putin növbəti sərt qışdan Ukraynanı zəiflətmək üçün istifadə etməyə çalışacaq.

Bununla yanaşı, Zelenski Putinin ABŞ Prezidenti Donald Trampla münasibətlərini qorumaqda maraqlı olduğunu düşünür.

“Mənim hissim budur ki, Putinə Tramp lazımdır. O, Trampı məyus etmək istəmir”, – Zelenski bildirib.

Ukrayna Prezidentinin fikrincə, Putin deeskalasiyada maraqlı olmasa belə, Tramp administrasiyası onu buna sövq etmək üçün təzyiq göstərə bilər.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər