Menyu

Fransada muzeydən 9 milyon avro dəyərində tablolar oğurlanıb

Operativ Media
Fransada muzeydən 9 milyon avro dəyərində tablolar oğurlanıb
1 dəq oxu

Fransada Oqüst Renuar muzeyindən ümumi dəyəri təxminən 9 mln. avro olan üç tablo oğurlanıb. Dördüncü əsəri cinayətkarlar polis təqibi zamanı atıblar.

Operativ Media xəbər verir ki, bu barədə Kan-sür-Mer kommunasının meri Brian Masson bəyanat verib.

Oğrular sentyabrın 8-i səhər saatlarında muzeye daxil olaraq dörd tabonu çıxarıb aparıblar. Təqib zamanı onlar tablolardan birini atıblar, lakin digərlərini oğurlamağa müvəffəq olublar.

"Renuar muzeyinə hücum Kan-sür-Merin tarixinin və irsinin bir hissəsinə hücumdur. Bu cür hərəkətlər xüsusilə ciddi xarakter daşıyır", - mer vurğulayıb.

Oğurlanan əsərlərin adları hələlik açıqlanmır.

Əlaqəli Xəbərlər