Menyu

Ərdoğan yaxın vaxtlarda Suriyaya səfər edəcək

Operativ Media
Ərdoğan yaxın vaxtlarda Suriyaya səfər edəcək
1 dəq oxu

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yaxın vaxtlarda Suriyaya səfər edə bilər.

Operativ Media xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan suriyalı həmkarı Əsəd Əl-Şeybani ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

Diplomat bildirib ki, Türkiyə lideri uzun müddətdir bu səfəri həyata keçirmək niyyətindədir və hazırda müvafiq şəraitin yaradılması istiqamətində işlər görülür.

"Yaxın vaxtlarda prezidentimizin Suriyaya səfəri planlaşdırılır. O, uzun müddətdir belə bir səfər etmək istəyir. Biz bu səfər üçün şərait yaratmağa çalışırıq", — deyə H.Fidan vurğulayıb.

Türkiyə XİN rəhbəri səfərin dəqiq tarixini açıqlamayıb.

Əlaqəli Xəbərlər