Menyu

Nihat Məcidov: "Sabah City" ölkənin aparıcı texnoloji, innovativ şirkətlərini bir araya toplayacaq

Əsəd Abbaslı
Nihat Məcidov: "Sabah City" ölkənin aparıcı texnoloji, innovativ şirkətlərini bir araya toplayacaq

Yüksək Texnologiyalar Parkı bu günlərdə bir transformasiya dövrünü yaşayır. İlk olaraq onu vurğulamaq istərdim ki, Yüksək Texnologiyalar Parkı 2016-cı ildə cənab Prezidentin sərəncamı əsasında yaradılmışdır.

Operativ Media xəbər verir ki, bunu Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan “Yüksək Texnologiyalar Parkı” (YTP) MMC-nin baş icraçı direktoru Nihat Məcidov deyib.

Onun sözlərinə görə, texnoparkın məqsədi iqtisadiyyatın davamlı inkişafına, elmi tədqiqatların kommersiyalaşmasına, elmin, təhsilin, sənayenin bir araya gətirilməsidir. Və bunlara, bu məqsədlərə xidmət etmək üçün texnoparkın bazasında "Sabah City" İnnovasiya Şəhərciyi layihələndirilmişdir.

N. Məcidov qeyd edib ki, bu İnnovasiya Şəhərciyi 20 hektarlıq ərazini əhatə edəcək, 125 min kvadratmetrlik infrastrukturu yaradılacaq. Burada ölkənin aparıcı texnoloji, innovativ şirkətlərini və aparıcı təhsil müəssisələrini, elmi-tədqiqat müəssisələrini bir araya yığaraq onların arasında sinerjiləri əldə etmiş olaq.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər