Menyu

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 54 nəfər saxlanılıb

Operativ Media
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 54 nəfər saxlanılıb
1 dəq oxu

Sentyabrın 15-də ölkə ərazisində qeydə alınan 48, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

DİN-dən Operativ Media-ya verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 141, o cümlədən borclu şəxs qismində axtarışda olan 103 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 16, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 7 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 54 nəfər saxlanılıb.

Əlaqəli Xəbərlər