Deputat: Erməni mediasının Azərbaycanın mədəni irslə bağlı apardığı təbliğat qəbuledilməzdir
Ermənistan mediasının Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərindəki mədəni irslə bağlı apardığı təbliğat qəbuledilməzdir.
Operativ Media xəbər verir ki, bu barədə Azərbaycan Milli Məclisinin və xarici əlaqələr və parlamentlərarası əlaqələr komitəsinin üzvü
Pərvanə Vəliyeva paylaşım edib.
"1. Qarabağ Azərbaycanın suveren ərazisidir. Ölkəmizdə fəaliyyət göstərən diplomatlar Azərbaycanın suveren ərazisi daxilində sərbəst hərəkət etmək hüququna malikdirlər və buna görə qınana bilməzlər. Üstəlik, həmin diplomatların təmsil etdiyi ölkələr də Azərbaycanın ərazi bütövlüyünü tanıyıb və dəstəkləyiblər. Ermənistan rəsmilərinin sayca 22-ci olan bu səfərə qarşı belə bir reaksiya verməsi Azərbaycanın daxili işlərinə qarışmaq cəhdidir.
2. Normallaşma istiqamətində atılan praktiki addımlara baxmayaraq, Ermənistan tərəfi öz yanaşmasının səmimiliyi ilə bağlı yenidən şübhələr yaratmışdır", - paylaşımda qeyd edilib.
dəqiqələr içində saytın olsun.