Menyu

"Kəpəz" milli fasilədə iki yoxlama oyunu keçirəcək

Operativ Media
"Kəpəz" milli fasilədə iki yoxlama oyunu keçirəcək

“Kəpəz” milli komandaların beynəlxalq oyunları ilə əlaqədar yaranacaq fasilə müddətində iki yoxlama görüşündə qüvvəsini sınayacaq.

Operativ Media xəbər verir ki, Gəncə təmsilçisi oktyabrın 2-də Azərbaycan U-19 yığması və “Gəncəbasar”la qarşılaşacaq.

İlk oyun saat 12:00-da Azərbaycan U-19 millisinə qarşı keçiriləcək. Günün ikinci matçı isə saat 17:00-da “Gəncəbasar”a qarşı baş tutacaq.

Komandanın məşqçi korpusu hər iki görüşdə bütün futbolçuların oyununu izləmək məqsədilə heyəti iki hissəyə böləcək.

Hər iki qarşılaşma Gəncə Şəhər Stadionunun ehtiyat meydançasında keçiriləcək.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər