Cənubi Koreyada 22 milyon dollarlıq kibersport arenasının tikintisi dayandırılıb
Cənubi Koreyanın Çeçxon şəhərində dəyəri 30 milyard von (təxminən 22 milyon dollar) olan kibersport arenasının tikintisi dayandırılıb.
Operativ Media xəbər verir ki, layihənin maliyyələşdirilməsinin 80 faizinin, yəni 24 milyard vonun şəhər bələdiyyəsi tərəfindən qarşılanması nəzərdə tutulurdu. Lakin rentabellik təhlilindən sonra deputatlar layihəni maliyyə baxımından məqsədəuyğun hesab etməyiblər.
Yerli hakimiyyət orqanları qərarın əsas səbəbləri kimi regionda kibersportun inkişafı üçün zəif baza, əhalinin sayının azlığı və arenanın doluluğunu təmin edə biləcək müntəzəm turnirlərin keçirilməməsini göstəriblər.
Layihənin dondurulması ilə əlaqədar Çeçxon şəhər meriyasının nümayəndələri Cənubi Koreyanın Mədəniyyət, İdman və Turizm Nazirliyinə tikintinin dayandırılması və dövlət maliyyələşməsinin sonrakı taleyi barədə hesabat verməli olacaqlar.
dəqiqələr içində saytın olsun.