Menyu

Cinayət törətməkdə şübhəli bilinən 73 nəfər saxlanılıb

Operativ Media
Cinayət törətməkdə şübhəli bilinən 73 nəfər saxlanılıb
1 dəq oxu

Sentyabrın 18-də ölkə ərazisində qeydə alınan 62, əvvəlki dövrlərdən bağlı qalan 21 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

DİN-dən Operativ Media-ya verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 159, o cümlədən borclu şəxs qismində axtarışda olan 138 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 20, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 7 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 73 nəfər saxlanılıb.

Əlaqəli Xəbərlər