Kriştiano Ronaldo Millətlər Liqası oyunları üçün Portuqaliya millisinə çağırılıb
Portuqaliya Futbol Federasiyası sentyabr və oktyabr aylarında Millətlər Liqasında keçiriləcək oyunlar üçün milli komandanın heyətini açıqlayıb.
Operativ Media xəbər verir ki, Portuqaliya yığmasına 41 yaşlı “Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo da dəvət olunub.
Qapıçılar: Diogu Koşta (“Portu”), Rui Silva (“Sportinq”), Samuel Soareş (“Benfika”).
Müdafiəçilər: Joau Kanselu (“Barselona”, İspaniya), Diogu Dalot (“Mançester Yunayted”, İngiltərə), Ruben Diaş (“Mançester Siti”, İngiltərə), Tomaş Arauju (“Benfika”), Renato Veyqa (“Vilyarreal”, İspaniya), Qonsalu İnasio (“Sportinq”), Nunu Mendeş (“PSJ”, Fransa), Nunu Tavares (“Latsio”, İtaliya).
Yarımmüdafiəçilər: Joau Palinya (“Benfika”), Ruben Neveş (“Əl-Hilal”, Səudiyyə Ərəbistanı), Vitinya (“PSJ”, Fransa), Joau Neveş (“PSJ”, Fransa), Bernardo Silva (“Real”, İspaniya), Bruno Fernandes (“Mançester Yunayted”, İngiltərə).
Hücumçular: Fransişku Konseysao (“Yuventus”, İtaliya), Fransişku Trinkau (“Əl-Əhli”, Səudiyyə Ərəbistanı), Rafael Leao (“Qalatasaray”, Türkiyə), Pedro Neto (“Çelsi”, İngiltərə), Joau Feliks (“Əl-Nəsr”, Səudiyyə Ərəbistanı), Kriştiano Ronaldo (“Əl-Nəsr”, Səudiyyə Ərəbistanı), Qonsalu Ramuş (“Milan”, İtaliya), Fabio Silva (“Borussiya” Dortmund, Almaniya).
Portuqaliya millisi sentyabrın 24-də Uels, 27-də isə Norveçlə qarşılaşacaq. Komanda oktyabrın 1-də Danimarka ilə, oktyabrın 4-də isə yenidən Norveçlə üz-üzə gələcək.
dəqiqələr içində saytın olsun.