Azərbaycanın daha 2 boksçusu Avropa çempionatında mərhələ adlayıb
Operativ Media
Bolqarıstanın paytaxtı Sofiyada boksçular arasında Avropa çempionatı davam edir.
Operativ Media xəbər verir ki, Məhəmmədəli Aşırəliyev (60 kq) Edqaras Skurdelisi (Litva) 5:0 hesabı ilə məğlub edərək 1/8 finala yüksəlib. Boksçumuz sentyabrın 21-də Ayder Abduraimov (Ukrayna) ilə qarşılaşacaq.
Malik Həsənov (65 kq) isə Bilge Kağan Kanlını (Türkiyə) 5:0 hesabı ilə məğlub edərək 1/8 finala yüksəlib. Boksçumuz sentyabrın 20-də Rumen Rumenov (Bolqarıstan) ilə qarşılaşacaq.
Qeyd edək ki, yarışa sentyabrın 25-də yekun vurulacaq.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net