Menyu

Azərbaycan ilə Böyük Britaniya arasında minatəmizləmə sahəsində əməkdaşlıq müzakirə edilib

Operativ Media
Azərbaycan ilə Böyük Britaniya arasında minatəmizləmə sahəsində əməkdaşlıq müzakirə edilib

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin İdarə Heyəti sədrinin birinci müavini Şamil Rzayev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Dankan Norman ilə görüş keçirib.

Operativ Media xəbər verir ki, bu barədə ANAMA məlumat yayıb.

Görüşdə humanitar minatəmizləmə sahəsində qarşılıqlı əməkdaşlıq, eləcə də minatəmizləmə sahəsində mövcud prioritetlər və gələcək layihələr barədə fikir mübadiləsi aparılıb.

Görüş zamanı mina təhlükəsinin aradan qaldırılmasının yalnız təhlükəsizlik məsələsi deyil, eyni zamanda regionda dayanıqlı sülhün və sosial-iqtisadi inkişafın təmin olunması, əhalinin təhlükəsiz yaşayışının və məskunlaşmasının dəstəklənməsi baxımından mühüm əhəmiyyət daşıdığı vurğulanıb.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər