Xüsusi İcra Məmurlarının Müsabiqə Komissiyasının tərkibi yenilənib
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində Xüsusi İcra Məmurlarının Müsabiqə Komissiyasının tərkibi yenilənib.
Operativ Media xəbər verir ki, ədliyyə naziri Fərid Əhmədovun imzaladığı Kollegiya qərarı ilə komissiyanın tərkibinə yeni şəxslər daxil edilib.
Qərara əsasən, İcra xidmətinin Analitik iş idarəsinin rəisi – xidmət rəisinin müavini Yaqub Qurbanov, Qanunvericilik baş idarəsinin İnzibati və hərbi normativ aktlar idarəsinin rəisi vəzifəsini icra edən, baş məsləhətçi Şəhla İmanova, İnsan resursları idarəsinin Qiymətləndirmə şöbəsinin rəisi Elnur İbrahimov və Ədliyyə Akademiyasının Konstitusiya və inzibati hüquq kafedrasının baş müəllimi, Ədliyyə işçilərinin tədrisi fakültəsinin dekanı vəzifəsini icra edən İlyas Cəfərov komissiyanın yeni tərkibinə daxil ediliblər.
Qərarın hüquqi qüvvəyə minməsi üçün onun Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi və reyestrə daxil edildikdən sonra 72 saat ərzində rəsmi dərc olunması tapşırılıb.
dəqiqələr içində saytın olsun.