Menyu

Daha iki küçədə avtobus zolağı təşkil edilir

Operativ Media
Daha iki küçədə avtobus zolağı təşkil edilir

Ümumi istifadədə olan nəqliyyat vasitələri üçün xüsusi hərəkət zolaqlarının təşkili davam etdirilir. Daha iki yol sahəsində işlərə başlanılıb.

Operativ Media xəbər verir ki, bu barədə AYNA məlumat yayıb.

Metro xətlərinin ayrılması layihəsi çərçivəsində artan sərnişin tələbatı nəzər alınaraq avtobuslarla sərnişinlərin rahat, maneəsiz və vaxt itkisinə məruz qalmadan daşınması üçün Mirzəağa Əliyev və Abdulla Şaiq küçələrində xüsusi hərəkət zolaqları yaradılır.

Hər iki yol sahəsində zolaqların eni standartlara uyğunlaşdırılmaqla avtobuslar üçün əlavə zolaq təşkil edilib.

Hazırda bu küçələrdə nişanlanma xətləri çəkilir. Müvafiq yol nişanları quraşdırılmaqla zolaqlar qüvvədə olacaq.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər