Menyu

Azərbaycan Premyer Liqası: “Turan Tovuz” “Zirə”ni, “Sabah” “İmişli”ni qəbul edir

Operativ Media
Azərbaycan Premyer Liqası: “Turan Tovuz” “Zirə”ni, “Sabah” “İmişli”ni qəbul edir

Bu gün Azərbaycan Premyer Liqasında VI turun daha iki oyunu keçiriləcək.

Operativ Media xəbər verir ki, turun mərkəzi oyununda “Turan Tovuz” “Zirə”ni qəbul edəcək.

Tovuz şəhər stadionunda baş tutacaq qarşılaşmanı baş hakim Rəvan Həmzəzadə idarə edəcək. Kurban Berdıyevin komandası hazırda 8 xalla turnir cədvəlinin 5-ci, Rəşad Sadıqovun kollektivi isə 10 xalla 2-ci pilləsində yer alır.

Günün növbəti matçında isə “Sabah” “İmişli”ni sınağa çəkəcək. Masazırda keçiriləcək oyunu Kamal Umudlu idarə edəcək. Hazırda “bayquşlar” 12 xalla 3-cü, “İmişli” isə 4 xalla 8-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, daha əvvəl keçirilmiş oyunlarda “Qəbələ” “Neftçi”yə 0:3 hesabı ilə uduzub, “Qarabağ” isə “Şəfa”ya 1:0 hesabı ilə qalib gəlib. “Şamaxı” – “Araz-Naxçıvan” və “Kəpəz” – “Sumqayıt” oyunları isə sabah keçiriləcək.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər