Menyu

Qaxda yol qəzasında xəsarət alan qadın xəstəxanada vəfat edib

Operativ Media
Qaxda yol qəzasında xəsarət alan qadın xəstəxanada vəfat edib

Qaxda yol qəzasında xəsarət alan Gülnarə Cəfərova Qax Rayon Mərkəzi Xəstəxanasında həkimlərin səyinə baxmayaraq vəfat edib.

Operativ Media  xəbər verir ki, hadisə bu gün səhər saatlarında Qax-Qorağan avtomobil yolunun Meşəbaş kəndi ərazisindən keçən hissəsində baş verib.

Hərəkətdə olan “Ford” markalı yük avtomobili ilə “VAZ-21099” markalı minik avtomobili toqquşub. Qəza zamanı xəsarət alan 4 nəfər - Nüşabə Musayeva, Arzuman Musayev, Gülnarə Cəfərova və Qəzənfər Həşimov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Yaralılardan G.Cəfərova daha sonra xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər