Menyu

"Sumqayıt" isveçli qapıçı transfer edib

Operativ Media
"Sumqayıt" isveçli qapıçı transfer edib

2026/27 mövsümü üçün heyət çalışmalarını davam etdirən “Sumqayıt” FK daha bir futbolçu keçidini reallaşdırıb.

Operativ Media klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "kimyaçılar" son klubu Təbrizin “Traktor” kollektivi olan qapıçı Marko Yohansson ilə mövsümün sonunadək müqavilə imzalayıb. 28 yaşlı isveçli futbolçu “16” nömrəli formada çıxış edəcək. 

Qeyd edək ki, “Malmö” yetirməsi olan Marko Yohansson karyerası boyunca “Hamburq”, “Bohum”, “Ayntraxt” (Braunşveyq) kimi klublarda çıxış edib. O, vətəni İsveçin U-15-U-21 arası yaş qrupları üzrə millilərinin də şərəfini qoruyub.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər