Menyu

Kurban Berdiyev: Futbolçularıma əzmkarlıqlarına görə təşəkkür edirəm

Operativ Media
Kurban Berdiyev: Futbolçularıma əzmkarlıqlarına görə təşəkkür edirəm

"Turan Tovuz" Azərbaycan Premyer Liqasının VI turunda doğma meydanda "Zirə"ni 1:0 hesabı ilə məğlub edib.

Operativ Media xəbər verir ki, bölgə təmsilçisinin baş məşqçisi Kurban Berdiyev matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

Matçı dəyərləndirən təcrübəli mütəxəssis futbolçularına minnətdarlığını bildirib: "Uşaqlara əzmkarlıqlarına görө təşəkkürümü bildirdim. Allaha da təşəkkür edirəm ki, futbolçulara kömək oldu və azarkeşlərə qələbə sevinci bəxş etdik".

​Jurnalistin sərt oyun şəraiti və hakim qərarları ilə bağlı sualına Kurban Berdiyev ədalətli yanaşmanın vacibliyini vurğulayaraq cavab verib: "Əgər hər iki tərəfə eyni dərəcədə yanaşılırsa, onda normaldır".

​Rəqib baş məşqçi Rəşad Sadıqovun aut atışı ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirən "Turan Tovuz"un çalışdırıcısı isə diqqəti digər epizodlara çəkib: "Turan Tovuz"un epizodu ilə bağlı heç nə demədi? Ruan Renato Jo Batistanı itələyəndə ikinci sarı vərəqə düşmürdü? Gəlin, oyun haqda danışaq".

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər