Rəşad Sadıqov: "Turan Tovuz"da bizə qarşı aqressiya rəhbərdən gəlir
"Zirə" Azərbaycan Premyer Liqasının VI turunda səfərdə "Turan Tovuz"a 0:1 hesabı ilə məğlub olub.
Operativ Media xəbər verir ki, qəsəbə təmsilçisinin baş məşqçisi Rəşad Sadıqov oyundan sonra mətbuat konfransında açıqlamalar verib.
Tovuzda oynamağın çətinliyini vurğulayan mütəxəssis komandasının əzmkar mübarizə apardığını bildirib: "Futbolçularıma əzmkar oyuna görə təşəkkür edirəm. Bu gün komandamı məğlub görmürəm".
Matçın sonundakı gərginliyə və hakim qərarlarına toxunan "qartallar"ın çalışdırıcısı son vaxtlar hakimlərə qarşı təzyiqlərin artıqığını qeyd edib: "Son illər dəb halını alıb ki, legioner məşqçilər hakimlərin üzərində təzyiq yaradırlar və hakimlər də bu təzyiqə düşürlər. Son 6 ildə çempionatda ən çox səhvlər "Zirə"yə qarşı olub. İlk dəqiqələrdən hiss edirdim ki, buradan xalla ayrılmaq çətin olacaq. Əminəm ki, autu biz atsaydıq, oyun bitəcəkdi".
Komandasının hücumda passiv görünməsinin səbəblərindən danışan Rəşad Sadıqov rəqibin oyun üslubuna diqqət çəkib: "Turan Tovuz"a qarşı hücum futbolu oynamaq çətindir. Rəqib çoxsaylı uzun ötürmələrdən istifadə edir. Ona görə də bizim topla oynamaq imkanımız olmurdu. 60-cı dəqiqədən sonra oyuna nəzarət bizdə idi".
Tərəflər arasında olan aqressiyaya da münasibət bildirən baş məşqçi bunun avrokuboklarla bağlı olmadığını, məsələnin kökünün daha əvvəlki matçlara və rəhbərliyə gedib çıxdığını deyib: "Bu aqressiya "Azersun Arena"da "Turan Tovuz"a məğlub olduğumuz oyundan sonra başlayıb. Bilmirəm "Turan Tovuz"da bizə qarşı aqressiya kimdən gəlir. Əslində bilirəm, rəhbərlikdən gəlir, amma hansı rəhbərdən olduğunu bilmirəm".
dəqiqələr içində saytın olsun.