Koul Palmer İngiltərə millisinin çağırışından imtina etmək istəyir
“Çelsi”nin yarımmüdafiəçisi Koul Palmer İngiltərə millisinin sentyabr və oktyabr aylarında keçirəcəyi Millətlər Liqası oyunlarında iştirak etməmək istəyir.
Operativ Media xəbər verir ki, bu barədə “The Athletic” məlumat yayıb.
24 yaşlı futbolçunun milli komandanın toplanışını buraxmaq istəməsinin əsas səbəbi oyun yükünü azaltmaq arzusu ilə əlaqələndirilir. Palmer sonuncu dəfə mart ayında İngiltərə millisinin heyətində meydana çıxıb. O, ABŞ, Kanada və Meksikada keçirilən 2026-cı il dünya çempionatının heyətinə də daxil edilməyib.
Bundan başqa, “Mançester Yunayted”in futbolçuları Markus Reşford və Kobbi Maynu da İngiltərənin qarşıdakı oyunlarını buraxa bilərlər. Onlar İngiltərə Premyer Liqasının V turunda “Fulhem”lə (1:1) matçda zədə alıblar. Futbolçuların vəziyyəti tibbi müayinələrdən sonra dəqiqləşəcək.
İngiltərə sentyabrın 26-da Londonda İspaniya, sentyabrın 29-da Praqada Çexiya, oktyabrın 3-də Rijekada Xorvatiya ilə qarşılaşacaq. Komanda oktyabrın 6-da isə Londonda yenidən Çexiya ilə üz-üzə gələcək.
dəqiqələr içində saytın olsun.