Korrupsiya barədə məlumat verən şəxsi təhdid edənləri hansı cəza gözləyir?
Korrupsiya ilə əlaqədar hüquqpozma barədə məlumat verən şəxsin məxfiliyinin pozulması, ona və ya yaxın qohumuna təzyiq göstərilməsi və təhdid edilməsi cərimə ilə nəticələnir.
Operativ Media xəbər verir ki, konfidensiallığı təmin edilməli olan məlumat verən şəxsin kimliyinin açıqlanmasına görə 800 manatdan 1 300 manatadək cərimə tətbiq edilir.
Eyni məbləğdə cərimə korrupsiya ilə bağlı məlumat verən şəxsə və ya onun yaxın qohumuna verdiyi məlumatla əlaqədar hədə-qorxu gəlməyə, təzyiq göstərməyə, təhqir etməyə və ya maddi zərər vurmağa görə də nəzərdə tutulur.
Əgər bu əməllərdə cinayət tərkibinin əlamətləri olarsa, məsələ yalnız inzibati cərimə ilə yekunlaşmır və həmin şəxslər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələri əsasında cinayət məsuliyyətinə cəlb edilə bilərlər.
dəqiqələr içində saytın olsun.