Menyu

Sentyabrın 23-də gözlənilən hava şəraiti açıqlanıb

Operativ Media
Sentyabrın 23-də gözlənilən hava şəraiti açıqlanıb

Sentyabrın 23-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq.

Operativ Media Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, Cənub-qərb küləyi səhər mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 19-21° isti, gündüz 27-30° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 60-65 % təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər dağlıq ərazilərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 18-22° isti, gündüz 29-34° isti, dağlarda gecə 10-15° isti, gündüz 20-25° isti olacaq.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər