Menyu

Torpaq sənədlərini saxtalaşdıranları vəzifələr şəxsləri nə gözləyir? - CƏRİMƏLƏR

Xəbərlər redaksiyası
Torpaq sənədlərini saxtalaşdıranları vəzifələr şəxsləri nə gözləyir? - CƏRİMƏLƏR

Torpaqla bağlı qanunsuz əqdləri qeydiyyata alan, dövlət torpaq kadastrının məlumatlarını qəsdən təhrif edən və ya torpaq haqqının məbləğini bilərəkdən azaldan vəzifəli şəxslər ciddi cəzalandırıla bilər.

Operativ Media xəbər verir ki, vəzifəli şəxsin öz qulluq mövqeyindən istifadə etməklə tamah məqsədilə və ya digər şəxsi niyyətlə torpaqla əlaqədar bilə-bilə qanunsuz əqdləri qeydiyyata alması 2 000 manatdan 4 000 manatadək cərimə ilə nəticələnə bilər.

Eyni məsuliyyət dövlət torpaq kadastrının uçot məlumatlarının təhrif edilməsinə və torpaq haqqının miqdarının qəsdən azaldılmasına görə də nəzərdə tutulur.

Belə hallarda cərimə ilə yanaşı, şəxsin iki ilədək müəyyən vəzifə tutmaq və ya müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməsi, yaxud iki ilədək islah işlərinə cəlb olunması da mümkündür.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər