Menyu

Ceyhun Bayramov Əraqçi ilə görüşüb

Operativ Media
Ceyhun Bayramov Əraqçi ilə görüşüb
1 dəq oxu

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində İranın xarici işlər naziri Abbas Əraqçi ilə görüşüb.

Operativ Media xəbər verir ki, bu barədə XİN məlumat yayıb.

Görüşdə Azərbaycan-İran ikitərəfli və çoxtərəfli gündəliyi, həmçinin regional proseslər müzakirə olunub.

Nazirlər yüksək səviyyəli davamlı təmasların, qarşılıqlı hörmətin və mehriban qonşuluq münasibətlərinin əhəmiyyətini vurğulayıblar.

Həmçinin 2026-cı ilin avqustunda Azərbaycan və İran prezidentlərinin Bişkekdə keçirilən görüşü ikitərəfli əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm addım kimi qeyd olunub.

Əlaqəli Xəbərlər