Menyu

Klopp Almaniya millisində intizam qaydalarını sərtləşdirib

Operativ Media
Klopp Almaniya millisində intizam qaydalarını sərtləşdirib

Almaniya millisinin baş məşqçisi Yurgen Klopp komanda daxilində birlik və intizamı gücləndirmək məqsədilə bir sıra yeni qaydalar tətbiq edib.

Operativ Media xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.

Məlumata görə, Klopp və məşqçilər korpusu yeni tələbləri avqust ayında keçirilən xüsusi çoxgünlük seminarda hazırlayıb. Yeni qaydalara əsasən, futbolçular şam yeməyinə ayrı-ayrılıqda deyil, eyni vaxtda gəlməlidirlər.

Həmçinin oyunçulara masaj zamanı və trenajor zalında məşq edərkən mobil telefonlardan istifadə etmək qadağan olunub.

Klopp şəxsi bərbərlərin də milli komandanın düşərgəsində iştirakını məhdudlaşdırıb. Bundan sonra onların təlim-məşq toplanışı zamanı komandanın düşərgəsinə gəlməsinə icazə verilmir.

Bundan əlavə, Klopp böyük turnirlər zamanı futbolçuların həyat yoldaşları və digər ailə üzvlərinin ziyarətlərini də məhdudlaşdırmaq niyyətindədir. Bununla belə, baş məşqçi istirahət və milli komandaya lazımi diqqət arasında balans yaratmaq istəyir.

Almaniya millisinin Kloppun rəhbərliyi altında ilk oyunu sentyabrın 24-də keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq və Almaniya Niderlandla üz-üzə gələcək.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər