Menyu

Tacikistan Azərbaycanın “ASAN xidmət” modelini tətbiq etmək istəyir

Operativ Media
Tacikistan Azərbaycanın “ASAN xidmət” modelini tətbiq etmək istəyir

Tacikistan Azərbaycanın “ASAN xidmət” modelini ölkəsində tətbiq etməkdə maraqlıdır.

Operativ Media xəbər verir ki, bunu Tacikistanın Baş naziri Koxir Rasulzodan Prezident İlham Əliyevlə görüşündə bildirib.

Görüş zamanı Baş nazir Azərbaycanın “ASAN xidmət” modelinin əhəmiyyətinə toxunaraq, onun Tacikistanda tətbiqi ilə bağlı maraqlarını ifadə edib.

Söhbət zamanı, həmçinin Tacikistan mallarının Orta Dəhliz vasitəsilə Azərbaycan ərazisindən tranzit keçməklə beynəlxalq bazarlara çıxarılması məsələsi müzakirə olunub.

Tərəflər metallurgiya, energetika və kənd təsərrüfatı sahələrində əməkdaşlığın inkişafı məsələlərinə də toxunublar.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər