Menyu

“Sabah”ın VIP paket biletləri satışa çıxarılıb

Operativ Media
“Sabah”ın VIP paket biletləri satışa çıxarılıb

“Sabah”ın UEFA Çempionlar Liqasının liqa mərhələsində keçirəcəyi dörd ev oyunu üçün VIP paket biletlər satışa çıxarılır. 

Operativ Media xəbər verir ki, VIP paket bilet sahibləri “Slaviya” (Praqa), “Borussiya” (Dortmund), “Barselona” və “Napoli” ilə qarşılaşmaları Bakı Olimpiya Stadionunun VIP sektorundan izləyə biləcəklər.

VIP sektorda qidalanma xidməti təqdim olunacaq, həmçinin qonaqlar üçün əyləncə proqramının təşkili və DJ ifasında musiqi səsləndirilməsi də nəzərdə tutulur. Bu imkanlar azarkeşlərə Çempionlar Liqası oyunlarının ab-havasını xüsusi şəraitdə yaşamaq imkanı verəcək.

VIP paket biletin qiyməti 1500 manatdır və dörd qarşılaşmanın hamısına şamil edilir.

Qeyd edək ki, VIP sektorda əyləncəli tədbirlər ancaq “Slaviya”, “Borussiya” və “Barselona” ilə oyunları əhatə edəcək.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər