Menyu

Türkiyəli məşqçi Azərbaycan voleybol millisinin baş məşqçisi təyin olunub

Operativ Media
Türkiyəli məşqçi Azərbaycan voleybol millisinin baş məşqçisi təyin olunub

Azərbaycanın voleybol üzrə yeniyetmə və gənc qızlardan ibarət milli komandalarının baş məşqçisi vəzifəsinə türkiyəli mütəxəssis Gökhan Edman təyin olunub.

Bu barədə Operativ Media-ya Voleybol Federasiyasından məlumat verilib.

Bildirilib ki, Gökhan Edmanın rəhbərliyi altında Türkiyənin gənc qızlardan ibarət milli komandası 2011–2012-ci illər mövsümündə Avropa çempionu olub, 2012–2013-cü illərdə isə Dünya çempionatını 5-ci pillədə başa vurub. O, həmçinin müxtəlif illərdə Türkiyənin A milli, A2, gənc və yeniyetmə komandalarını çalışdıraraq Balkan çempionluğu və “Spring Cup” turnirində bir neçə dəfə titullar qazanıb. Klub karyerasında “Eczacıbaşı”, “Galatasaray”, “Vakıfbank Güneş Sigorta” və “Sarıyer Belediyespor” komandalarında baş məşqçi kimi fəaliyyət göstərən mütəxəssis, 1998–1999-cu illər mövsümündə “Eczacıbaşı” ilə Avropa Konfederasiya Kubokunun (CEV Cup) çempionu olub, 1999–2000-ci illərdə Avropa Çempionlar Liqasında 3-cü yeri tutub. “Galatasaray” klubu ilə də Avropa Konfederasiya Kubokunda bürünc medal qazanan Edman “Eczacıbaşı” A qadın komandası ilə iki dəfə Türkiyə çempionluğuna yüksəlib. Marmara Universitetinin məzunu olan Edman uzun illər Türkiyə Voleybol Federasiyasının məşqçilik kurslarında təlimçi kimi fəaliyyət göstərib, Mini Voleybol və Qadın Milli Komandaları Texniki Qurumunun üzvü olub.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər