Menyu

KİV: İran uranın zənginləşdirilməsini dayandırmağa razıdır

Operativ Media
KİV: İran uranın zənginləşdirilməsini dayandırmağa razıdır

ABŞ tərəfindən sanksiyaların yumşaldılması müqabilində İranın uranın zənginləşdirilməsini dayandırmağa razılaşdığı bildirilir.

Operativ Media “Al Hadath” telekanalına istinadən xəbər verir ki, bu barədə İran-ABŞ danışıqlarında vasitəçilik edən şəxslərin köməyi ilə əldə olunan razılaşma çərçivəsində qərar verilib. 

İranın rəsmi şəxsləri məlumatı hələlik şərh etməyiblər.

“Reuters” isə Qətərin vasitəçiliyi ilə ABŞ və İran arasında Nyu-Yorkda ayrı-ayrı danışıqların keçiriləcəyini yazıb.

Qətərli vasitəçilərin İranın xarici işlər naziri Abbas Əraqçi və ABŞ tərəfi ilə görüşməsi gözlənilir.

Bundan əvvəl ABŞ Prezidenti Donald Trampın İranın nüvə proqramı ilə bağlı tələblərin yerinə yetirilməsi müqabilində Tehrana qarşı sanksiyaları yumşaltmağa və dondurulmuş İran aktivlərinin blokdan çıxarılmasına hazır olduğu bildirilib.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər