Menyu

Ukrayna səfiri Azərbaycana təşəkkür edib

Operativ Media
Ukrayna səfiri Azərbaycana təşəkkür edib

Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev Azərbaycana təşəkkür edib.

Operativ Media xəbər verir ki, bu barədə Y. Qusev bu gün Ukraynanın Xarkov və Xerson vilayətlərindən bir qrup uşağın gəldiyi Bakı hava limanında jurnalistlərə açıqlamasında bildirib.

"Biz ukraynalı uşaqlara göstərilən dəstəyi çox yüksək qiymətləndiririk və Azərbaycan Prezidenti İlham Əliyevə, hökumətə və bütün Azərbaycan xalqına təşəkkür edirik. Bunu heç vaxt unutmayacağıq", - Qusev deyib.

Səfir qeyd edib ki, Azərbaycanın ukraynalı uşaqlar üçün həyata keçirdiyi reabilitasiya proqramı iki ölkənin uşaqlarını, eləcə də ailələri və xalqları birləşdirir.

"Bu, Ukrayna ilə Azərbaycandan olan uşaqları birləşdirən, ailələri və xalqlarımızı birləşdirən çox vacib bir proqramdır. Çox təşəkkürlər, Azərbaycan", - səfir əlavə edib.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər