Menyu

Putin Rusiya Silahlı Qüvvələrinin şəxsi heyətinin sayını artırıb

Operativ Media
Putin Rusiya Silahlı Qüvvələrinin şəxsi heyətinin sayını artırıb
1 dəq oxu

Rusiya Prezidenti Vladimir Putin Rusiya Silahlı Qüvvələrinin ştat sayının 2,44 milyondan çox müəyyən edilməsi barədə fərman imzalayıb.

Operativ Media xəbər verir ki, yeni fərmana əsasən, ümumi ştat sayının 1,55 milyon nəfərini hərbi qulluqçular təşkil edəcək.

Beləliklə, hərbi qulluqçuların sayı əvvəlki göstərici ilə müqayisədə 15 min nəfər artırılıb. 

2026-cı ilin iyulunda bu rəqəm 1 milyon 535 min nəfər təşkil edib.

Fərmana əsasən, müəyyən edilmiş ştat sayının təmin edilməsi üçün Rusiya Müdafiə Nazirliyinə zəruri büdcə vəsaitlərinin ayrılması nəzərdə tutulub.

Əlaqəli Xəbərlər