Menyu

Böyük Britaniya millət vəkili "Mançester Siti"nin Premyer Liqadan kənarlaşdırılmasını tələb edib

Operativ Media
Böyük Britaniya millət vəkili "Mançester Siti"nin Premyer Liqadan kənarlaşdırılmasını tələb edib

Böyük Britaniya parlamentinin üzvü Ceremi Korbin “Mançester Siti”nin Premyer Liqanın maliyyə qaydalarını pozduğuna dair qərardan sonra klubun ciddi şəkildə cəzalandırılmalı olduğunu bildirib.

Operativ Media xəbər verir ki, Korbin hesab edir ki, kluba böyük xal cəzası tətbiq edilməli və bunun nəticəsində komanda Premyer Liqanı tərk etməli olacaq. O, həmçinin yüksək məbləğdə cərimə nəzərdə tutulmasını və həmin vəsaitin kütləvi futbolun inkişafına yönəldilməsini təklif edib.

Korbinin sözlərinə görə, Premyer Liqa “Mançester Siti”nin qazandığı titulların da yenidən nəzərdən keçirilməsi məsələsini ciddi şəkildə araşdırmalıdır. O bildirib ki, maliyyə qaydalarının pozulması nəticəsində əldə edildiyi hesab olunan titulların klubda qalması sual doğurur.

Sentyabrın 25-də müstəqil komissiyanın “Mançester Siti”ni Premyer Liqanın maliyyə qaydalarının pozulması ilə bağlı 115 ittihamdan 114-ü üzrə təqsirli bildirdiyi barədə məlumat yayılıb. Hazırda kluba tətbiq olunacaq konkret sanksiyalar müəyyənləşdirilməyib. “Mançester Siti” prosesin davam etdiyini bildirib və qərardan apellyasiya verəcəyi gözlənilir.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər