Menyu

Rubiо: Qrenlandiyaya investisiyalar ABŞ-nin razılığı ilə olacaq

Operativ Media
Rubiо: Qrenlandiyaya investisiyalar ABŞ-nin razılığı ilə olacaq

Qrenlandiyaya investisiya məsələləri ada ilə bağlı əldə olunmuş razılaşmaya əsasən ABŞ-ın razılığı nəzərə alınmaqla həyata keçiriləcək.

Operativ Media xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio “Fox News” telekanalına müsahibəsində deyib.

Rubionun sözlərinə görə, qüvvədə olan və müddətsiz xarakter daşıyan razılaşmaya əsasən, ABŞ-nin heç bir rəqibi Vaşinqtonun, eləcə də Qrenlandiya və Danimarkanın razılığı olmadan adaya investisiya yatıra bilməyəcək.

Dövlət katibi bildirib ki, razılaşma ABŞ-yə Şimali Amerikanın raketdən müdafiə sisteminin yaradılması üçün Qrenlandiyada yeni hərbi obyektlərin inşasına imkan verəcək.

Xatırladaq ki, ötən həftə ABŞ Prezidenti Donald Tramp, Danimarkanın Baş naziri Mette Frederiksen və Qrenlandiyanın Baş naziri Yens-Frederik Nilsen adanın təhlükəsizliyinin təmin edilməsinə dair öhdəliklərin ABŞ-a keçməsini nəzərdə tutan saziş imzalayıblar.

Saziş BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində imzalanıb.

Bundan əvvəl Tramp ABŞ tərəfinin Arktikadakı adada hərbi mövcudluğunu dərhal artırmağa başlayacağını bildirmişdi.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər