“Mançester Yunayted” və “Arsenal” portuqaliyalı müdafiəçi ilə maraqlanır
“Mançester Yunayted” və “Arsenal” “Portu”nun 22 yaşlı portuqaliyalı müdafiəçisi Alberto Koşta ilə maraqlanır.
Operativ Media xəbər verir ki, bu barədə “Caught Offside” məlumat yayıb.
Mənbənin məlumatına görə, futbolçunu “Mançester Siti” və PSJ də izləyir. Hazırda klublardan heç biri rəsmi təklif irəli sürməyib və tərəflər yalnız skautinq mərhələsindədir.
Transferin reallaşmasını çətinləşdirən amillərdən biri Koştanın müqaviləsidir. “Portu” futbolçunun transferi üçün “Yuventus”a 15 milyon avro və bonuslar ödəyib. Müqavilə 2030-cu ilin iyununa qədər nəzərdə tutulub.
Koştanın müqaviləsində 65 milyon avroluq sərbəstqalma maddəsi var. Həmçinin “Yuventus” futbolçunun gələcək satışından əldə olunacaq mənfəətin 10 faizini almaq hüququna malikdir.
Məlumata görə, Koşta “Mançester Yunayted” üçün müdafiənin sağ cinahında rəqabəti artırmaqla yanaşı, klubun gənc futbolçulara üstünlük verən transfer siyasətinə uyğun gəlir.
“Arsenal” üçün isə futbolçunun taktiki baxımdan müxtəlif mövqelərdə oynaya bilməsi önəmlidir. Bildirilir ki, baş məşqçi Mikel Arteta bir neçə rolda çıxış edə bilən və topa sahibolma oyununda iştirak edən müdafiəçilərə üstünlük verir.
Koşta 2025/26 mövsümündə “Portu”nun heyətində 47 oyuna çıxıb, 1 qol vurub və 8 məhsuldar ötürmə edib.
“Transfermarkt” 22 yaşlı müdafiəçinin transfer dəyərini 18 milyon avro qiymətləndirir.
dəqiqələr içində saytın olsun.