İran rəsmiləri münaqişənin seçkilərədək bitəcəyinə inanmır
İran rəsmiləri ABŞ-də noyabrda keçiriləcək aralıq seçkilərədək İranla münaqişə üzrə atəşkəsə nail olunacağına dair nikbin deyil.
Operativ Media xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi sentyabrın 28-də mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, ötən həftə BMT Baş Assambleyasının sessiyası çərçivəsində Nyu-Yorkda keçirilən danışıqlarda ciddi irəliləyiş əldə olunmayıb.
İranda ABŞ-dəki səsvermədən sonra münaqişənin daha da kəskinləşməsi ehtimalının yüksək olduğu düşünülür.
ABŞ Prezidenti Donald Tramp isə bu ayın əvvəlində İranla müharibənin noyabrda Konqresə keçiriləcək aralıq seçkilərdən dərhal sonra, hətta mümkündürsə, seçkilərədək başa çatacağına əmin olduğunu bildirib.
ABŞ-də Konqresə aralıq seçkilər noyabrın 3-də keçiriləcək. Seçkilərdə Senatın 100 üzvündən 33-ü və Nümayəndələr Palatasının bütün 435 üzvü yenidən seçiləcək.
dəqiqələr içində saytın olsun.