Menyu

Şuşada mina partlayıb

Operativ Media
Şuşada mina partlayıb

İşğaldan azad edilmiş Şuşa rayonunun Cəmillər kəndi ərazisində mina partlayışı hadisəsi baş verib.

Operativ Media xəbər verir ki, bu barədə Azərbaycan Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin Mətbuat Xidmətləri məlumat yayıb.

Bildirilib ki, 1979-cu il təvəllüdlü Bakı şəhər sakini Bayramov Bəxtiyar Mirzə oğlunun keçmiş təmas xəttində minalardan təmizlənməmiş ərazidə idarə etdiyi avtomobil tank əleyhinə minaya düşüb. Hadisə zamanı o, müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı Şuşa rayon prokurorluğunda araşdırma aparılır.

"ANAMA, DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, şübhəli əşyalara toxunmamağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, çəpərləmə fəaliyyəti aparılan ərazilərə müdaxilə etməməyə çağırır", - məlumatda vurğulanıb.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər