FİFA prezidenti Bakıya gəlib
Operativ Media
FIFA prezidenti Canni İnfantino Bakıya gəlib. Onun səfəri elan edilmədən, gizlicə reallaşıb.
Operativ Media Futbolinfo.az-a xəbər verir ki, səfərin məqsədi Bakıda oktyabrın son həftəsində keçiriləcək U-15-lər arasında dünya çempionatına hazırlıqlar ilə tanış olmaqdır. Bu gün ilk olaraq Hövsanda inşa olunan meydançalara baxış keçirilib.
İnfantino bu məqsədlə qısa müddətdə istifadəyə hazırlanan 10 meydança ilə tanış olub. FIFA prezidentini təxminən iki aya görülən işlər təəccübləndirib. Təşkilati işlərin gedişindən məmnun qalan qonaq daha bir neçə görüş keçirdikdən sonra səfərini başa vuracaq.
Hövsanda İnfantinonu AFFA rəsmiləri müşaiyət edib
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net