Menyu

Valideynlərinə baxmayan övladlardan məhkəmə yolu ilə pul tutula bilər - DETALLAR

Xəbərlər redaksiyası
Valideynlərinə baxmayan övladlardan məhkəmə yolu ilə pul tutula bilər - DETALLAR

Azərbaycanda əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar.

Operativ Media xəbər verir ki, aliment ödənilməsi barədə saziş olmadıqda, əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlər üçün aliment əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlardan məhkəmə qaydasında tutula bilər.

Övladların hər birindən tutulacaq alimentin məbləğini məhkəmə valideynlərin və övladların maddi və ailə vəziyyətini, eləcə də tərəflərin diqqətəlayiq digər maraqlarını nəzərə alaraq hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edir.

Valideyn aliment tələbi ilə bütün əmək qabiliyyətli və yetkinlik yaşına çatmış övladlarına, onların birinə və ya bir neçəsinə müraciət edə bilər. Bu zaman məhkəmə alimentin yalnız bir və ya bir neçə övladdan tələb edilməsindən asılı olmayaraq, digər övladları da nəzərə almağa haqlıdır.

Bununla yanaşı, məhkəmə valideynlərin öz valideynlik vəzifələrini yerinə yetirmədiyini müəyyən edərsə, övladlar əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan həmin valideynləri saxlamaq vəzifəsindən azad edilə bilərlər.

Valideynlik hüquqlarından məhrum edilmiş valideynlərə isə övladların aliment ödəmək öhdəliyi yoxdur.

Qanunvericilik valideynlərin ağır vəziyyətə düşdüyü hallarda övladların üzərinə əlavə maliyyə öhdəliyi də qoya bilər.

Belə ki, əmək qabiliyyəti olmayan valideynlər övladları tərəfindən saxlanılmadıqda və onlar ağır xəstəliyə tutulduqda, əlilliyi müəyyən edildikdə, onlara qulluq etmək üçün kənar şəxslərə haqq ödəmək zərurəti yarandıqda və digər müstəsna hallarda yetkinlik yaşına çatmış övladlar məhkəmə qaydasında əlavə xərclərin ödənilməsinə cəlb edilə bilərlər.

Bu əlavə xərclərin məbləği və ödənilməsi qaydası valideynlərin və övladların maddi və ailə vəziyyəti, eləcə də digər diqqətəlayiq hallar nəzərə alınmaqla məhkəmə tərəfindən müəyyən edilir.

Tərəflər arasında razılaşma olduqda isə əlavə xərclərin ödənilməsi qaydası və məbləği onların sazişi ilə də müəyyən edilə bilər.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər