Menyu

Azərbaycan Üzgüçülük Federasiyasının rəsmi maskotları təqdim olunub

Şəfa Hüseynli
Azərbaycan Üzgüçülük Federasiyasının rəsmi maskotları təqdim olunub
1 dəq oxu

Azərbaycan Üzgüçülük Federasiyasının rəsmi maskotları ictimaiyyətə təqdim olunub.

Operativ Media xəbər verir ki, federasiyanın yeni maskotları “Araz”, “Damla” və “Xəzər” adlanır. Maskotlar ən kiçik üzgüçülük həvəskarlarından peşəkar idmançılara qədər hər kəsin suya olan sevgisinin simvolu kimi təqdim edilir.

Qəhrəmanların əsas məqsədi su ehtiyatlarından səmərəli istifadənin və suya qənaətin əhəmiyyətinə diqqət çəkmək, eləcə də Xəzər dənizinin səviyyəsinin azalması məsələsini diqqətdə saxlamaqdır.

Federasiyadan bildirilib ki, su həyat mənbəyidir və onun, eləcə də Xəzər dənizinin qorunması hər kəsin üzərinə düşən məsuliyyətdir.

Qeyd edək ki, “Araz”, “Damla” və “Xəzər” ilə tanışlıq oktyabrın 1-3-də Bakıda keçiriləcək Dünya Kuboku zamanı mümkün olacaq.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər