Menyu

"Roma" 60 min nəfərlik yeni stadion tikir

Operativ Media
"Roma" 60 min nəfərlik yeni stadion tikir
1 dəq oxu

“Roma” klubunun yeni stadionunun tikintisi üçün paytaxt şəhər rəhbərliyindən icazə alınıb.

Operativ Media xəbər verir ki, İtaliya klubunun yaydığı məlumata görə, yeni arena 60 605 tamaşaçı tutumuna malik olacaq.

Klubun açıqlamasında bildirilib ki, stadion layihəsi “Roma” və şəhər üçün müasir idman arenasının yaradılmasını, həmçinin ərazinin inkişafına və abadlaşdırılmasına töhfə verməsini nəzərdə tutur.

Roma meri Roberto Qualtyeri tikinti işlərinə 2027-ci ilin martında başlanmasının planlaşdırıldığını açıqlayıb. Onun sözlərinə görə, işlərin təxminən iki il yarım davam edəcəyi və stadionun 2029-cu ilin sonuna qədər istifadəyə hazır ola biləcəyi gözlənilir.

Hazırda “Roma” ev oyunlarını “Latsio” klubunun da istifadə etdiyi Olimpiya stadionunda keçirir. Arena 70 634 tamaşaçı tutumuna malikdir.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər