Menyu

Azərbaycan millisinin Lixtenşteynə qarşı oyunu avstriyalı hakimlərə tapşırıldı

Operativ Media
Azərbaycan millisinin Lixtenşteynə qarşı oyunu avstriyalı hakimlərə tapşırıldı

UEFA Millətlər Liqasında keçiriləcək Azərbaycan – Lixtenşteyn oyununun hakimləri müəyyənləşib.

Operativ Media xəbər verir ki, D Liqasında 2-ci qrupun qarşılaşması Avstriyadan olan ədalət təmsilçilərinə tapşırılıb.

FIFA referisi Kristian Petru Cioçircaya həmyerliləri Maximilian Weiss və Michael Obritzberger köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Safak Barmaksiz yerinə yetirəcək.

VAR-da Manuel Schuettengruber, AVAR-da Alexander Harkam əyləşəcəklər.

Xatırladaq ki, sözügedən oyun oktyabrın 1-də, Tofiq Bəhramov adına Respublika stadionunda saat 20:00-da start götürəcək.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər