“Bavariya” Maykl Olisenin müqaviləsini uzatmaq istəyir
“Bavariya” hücumçusu Maykl Olise ilə müqavilənin müddətinin uzadılması üçün yaxın vaxtlarda danışıqlara başlamağı planlaşdırır.
Operativ Media xəbər verir ki, bu barədə “Bild” məlumat yayıb. Məlumata görə, 24 yaşlı fransalı futbolçuya 2032-ci ilin iyununa qədər yeni müqavilə təklif oluna bilər.
Yeni anlaşmada Olisenin maaşının artırılması və onun komandanın ən yüksək ödəniş alan futbolçularından birinə çevrilməsi nəzərdə tutulur. Tərəflər razılığa gəlsə, hücumçu yeni maaşı növbəti yaydan etibarən alacaq.
Olisenin “Bavariya” ilə hazırkı müqaviləsi 2029-cu ilin iyununa qədər qüvvədədir. O, 2024-cü ilin iyulundan Münhen klubunun formasını geyinir.
“Bild”in məlumatına görə, Olise yeni müqaviləsinə təxminən 200 milyon avro məbləğində təzminat maddəsinin daxil edilməsini istəyir.
Hücumçu 2025/26 mövsümündə “Bavariya”nın heyətində 57 oyunda 25 qol vurub və 28 məhsuldar ötürmə edib.
dəqiqələr içində saytın olsun.