ADEX 2026-da silah və sursatlar nümayiş etdirilib
ADEX 2026 sərgisində hərbi və polis qüvvələrinin istifadəsi üçün nəzərdə tutulan müxtəlif silah və sursatlar nümayiş etdirilib.
Operativ Media xəbər verir ki, sərgidə təqdim olunan vasitələr barədə məlumat verən şirkətin ixrac müdiri Əli Mustafa Əli bildirib ki, sistemlər 40 mm-lik fişənglər, həmçinin 37-38 mm-lik müxtəlif sursatlardan istifadə edir.
Onun sözlərinə görə, bu vasitələrlə gözyaşardıcı və səs bombaları, eləcə də gecə işıqlandırma sursatları atmaq mümkündür.
Təqdim olunan digər vasitələr isə kütləvi iğtişaşlar zamanı istifadə olunur və .50 kalibrli plastik top və bibər qazı kapsulları ata bilir.
Əli Mustafa Əli bu sistemlərin həm hərbi, həm də polis qüvvələri tərəfindən istifadə oluna bildiyini qeyd edib.
O bildirib ki, bu vasitələrin istehsalına təxminən 10 il əvvəl başlanılıb.
dəqiqələr içində saytın olsun.