Lixtenşteynin baş məşqçisi: “Azərbaycan favoritdir”
Lixtenşteyn millisinin baş məşqçisi komandasındakı futbolçuların peşəkar olmadığını və müxtəlif sahələrdə çalışdıqlarını bildirib.
Operativ Media xəbər verir ki, Lixtenşteyn yığmasının baş məşqçisi Konrad Fünfstück Azərbaycanla ölkəsi arasındakı əsas fərqin futbolçuların statusu olduğunu deyib.
Onun sözlərinə görə, Lixtenşteyn millisinin üzvləri peşəkar futbolçu deyillər və müxtəlif peşələrdə çalışırlar. Buna baxmayaraq, futbolçuların komandaya və ölkəyə münasibəti peşəkar səviyyədədir.
Baş məşqçi qeyd edib ki, oyunçular həm qarşılaşmalara, həm də milli komandaya böyük əmək sərf edir və yüksək məsuliyyət nümayiş etdirirlər.
O, Azərbaycan millisinin bəzi futbolçularının UEFA Çempionlar Liqasında çıxış etdiyini vurğulayıb.
Baş məşqçi ölkəsi barədə də danışaraq Lixtenşteynin çox kiçik dövlət olduğunu bildirib. Onun sözlərinə görə, ölkənin əhalisi təxminən 40 min nəfərdir və bu, Azərbaycanla müqayisədə ciddi fərqdir.
O qeyd edib ki, Lixtenşteyn Azərbaycandan minlərlə kilometr uzaqda yerləşir və ölkələrin futboldakı imkanları fərqlidir.
Baş məşqçinin sözlərinə görə, Azərbaycan futbolçuları peşəkar səviyyədə çıxış edir və Çempionlar Liqasında oynayırlar. Lixtenşteyn futbolçuları isə əsas işlərindən əlavə futbolla məşğul olurlar.
O, komandanın nəticələrinin yalnız matçın hesabı ilə ölçülmədiyini də bildirib. Baş məşqçi futbolçuların oyun tərzinin, böyük futbol ölkələri və milli komandalarla mübarizəsinin də əhəmiyyət daşıdığını qeyd edib.
Baş məşqçi sabahkı qarşılaşmada Azərbaycan millisinin favorit olduğunu söyləyib. O, Azərbaycan və Litvanı Millətlər Liqasının D qrupunun favoritləri kimi göstərib.
Lixtenşteyn millisinin qarşısına qoyulan əsas məqsədin ölkəni layiqincə təmsil etmək və yaxşı oyun nümayiş etdirmək olduğunu bildirən baş məşqçi Azərbaycanlı azarkeşlərin matçdan sonra komandaları barədə müsbət fikirdə olmasını istədiklərini deyib.
O, futbolçularının meydana böyük ürəklə və həvəslə çıxaraq mübarizə aparacağını vurğulayıb.
dəqiqələr içində saytın olsun.