Menyu

Azərbaycan Ombudsman təsisatı beynəlxalq komitəyə üzv seçilib

Nicat Hüseynli
Azərbaycan Ombudsman təsisatı beynəlxalq komitəyə üzv seçilib
1 dəq oxu

Syerra-Leonenin Fritaun şəhərində “Rəqəmsal dövrdə informasiya dəqiqliyinin müdafiəsi: Dezinformasiya ilə mübarizədə informasiyaya əlçatanlığın rolu” mövzusunda İnformasiya Komissarlarının XVIl Beynəlxalq Konfransı (ICIC XVII) keçirilib.

Operativ Media xəbər verir ki, bu barədə Ombusdmanın Mətbuat Xidməti məlumat yayıb.

Tədbir çərçivəsində 2026–2029-cu illər üçün İnformasiya Komissarlarının Beynəlxalq Konfransının İcraiyyə Komitəsinin yeni tərkibi təsdiqlənib.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) təsisatı təşkilatın İcraiyyə Komitəsinə üzv seçilib.

Qeyd edək ki, Azərbaycanın Ombudsman təsisatı 2023-cü ildən İnformasiya Komissarlarının Beynəlxalq Konfransının tamhüquqlu üzvüdür.

Azərbaycan Ombudsmanı qanunvericiliyə uyğun olaraq informasiya əldə etmək hüququnun təmini, təbliği və təşviqi, bu sahədə hüquqi maarifləndirmə və monitorinqlərin aparılması, təhlillərin aparılması istiqamətlərində geniş fəaliyyət həyata keçirməkdədir.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər